“İZƏ” nəşriyyatının təşkilatçılığı ilə “Müasir təhsilin fundamental əsasları” adlı seminar təşkil olunacaq.
“İZƏ” nəşriyyatı olaraq daha bir layihəyə start veririk!
Müəllim, pedaqoq və uşaq psixoloqları üçün “Müasir təhsilin fundamental əsasları” adlı seminarımız təşkil olunacaq.
Seminarda iştirak yalnız qeydiyyatla mümkündür. Qeydiyyat üçün əlaqə nömrəsi (077) 225 29 12. Seminar ödənişsizdir.
Seminarımızın və bundan sonrakı işlərimizin bir hissəsi olacaq qonağımız Davut Hazar İstanbul Universitetində “Psixologiya” üzrə bakalavr təhsili aldıqdan sonra, eyni universitetin Cərrahpaşa Ədli Tibb İnstitutunun “Ədli Psixologiya” üzrə, Fransanın Rennes 2 Universitetində “Uşaq və Yeniyetmə Psixopatologiyası” üzrə magistratura (Master 1) təhsili almışdır.
Hal-hazırda Fransanın Paris Cité Universitetinin “Klinik Psixopatolojik Psixoanaliz” sahəsində ixtisas araştırmalarına davam edir. Həmçinin Davut Hazar həm klinik psixoloq və psixoterapevt olaraq işinə davam edir, həm də uzun müddətdir ki, təhsil sahəsində müəllim, pedaqoq və psixoloqlara nəzəri və təcrübi konsultasiya verir.