15 iyun milli qurtuluş günü

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət kəsb edən günlərdən biri tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür.
1993-cü ildə həm Ermənistanın torpaqlarımıza qarşı işğalı davam edirdi, həm də Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Ölkədə ya­ran­­­mış bu ağır vəziyyətdən çıxmaq üçün bir qrup ziyalı Naxçıvana gedərək Hey­dər Əliyevi Bakıya – hakimiyyətə dəvət etdi. Xalqın əksəriyyətinin xahişi ilə Heydər Əliyev 1993-cü il iyun ayının 15-də Azərbaycan parlamentinin sədri se­çil­­di. Bununla da ölkədə güclü dövlət quruculuğu prosesi başlandı. Azər­bay­canın milli mənafe­lərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Er­mə­nis­tan­la davam edən müharibədə atəşkəsə nail olmaq üçün bütün siyasi və dip­lo­matik vasitələr işə salındı. Nəticədə 1994-cü ilin mayında ölkəmiz üçün həyati əhə­miyyət kəsb edən atəşkəsə nail olundu. 1997-ci ildən parlamentin qəbul et­diyi qərarla 15 iyun ta­ri­­xi Milli Qurtuluş Günü kimi qeyd olunur.