20-21 mart- Novruz bayramı

Novruz bayramı yazın gəlişini simvolizə edən qədim xalq bayramıdır. Zər­düşt­lük dinindən gəldiyi qeyd olunur, eyni zamanda Bəhai dininin təqvimində yeni ilin ilk günüdür. Novruz Şimal ya­rım­kürəsində astronomik yazın başlandığı, gecə-gündüz bərabərliyi günündə (martın 20-si, 21-i və ya 22-sində) keçirilir. Bəzi qədim inanclara görə kainat 4 ünsürdən − su, od, torpaq və küləkdən yara­nıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Orta əsr müəl­lifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Bir sıra xalqlar yaz fəslinin gəl­məsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bir çox şərq ölkələrində baharın – yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.