8 mart- beynəlxalq qadınlar günü

8 Mart qadınların iqtisadi, siyasi və ictimai hüquq bərabərliyi uğ-runda mübarizədə beynəlxalq həmrəyliyi günüdür. Beynəlxalq Qa-dın­­lar Gününün bayram edilməsi haqqında qərar sosialist qadınların 1910-cu ildə Kopenhagendə keçirilmiş 2-ci beynəlxalq konfransında Klara Setkinin təklifi ilə qəbul edilmişdir. İlk dəfə 1911-ci ildə Alma-ni­ya, Avstriya, İsveçrə və Danimarkada qeyd olunmuşdur. Rusiyada həmin gün ilk dəfə 1913-cü ildə, Azərbaycanda 1917-ci ildə bayram edil­mişdir. 1914-cü ilə qədər bu bayram müxtəlif günlərdə qeyd olu-nur­du. Beynəlxalq Qadınlar Gününün martın 8-də qeyd edilməsi ənə­nəsi Avstriya, Macarıstan, Rusiya, ABŞ və digər dövlətlərin qa­dın­­ları həmin günü bayram hesab etmək barədə razılığa gəldikdən sonra ya­ranmışdır. 8 Mart BMT tərəfindən də Beynəlxalq Qadınlar Gü­nü kimi tanınır.