20 yanvar- Ümumxalq hüzn günü

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet or­du­su­nun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz su­­­ve­­ren­liyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli gö­­rün­məmiş qətliam törədib. Bu qanlı cinayət insanların azad­­­­­­­­­lıq eş­qi­ni sön­dürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz döv­lət müs­tə­qilliyinə qovuşub. Otuz iki il əvvəl Azərbaycan xalqına qarşı tö­rə­dil­­miş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı hə­ya­­ta ke­­çi­rilmiş dəhşətli terror aktıdır. Bu faciədə 147 Azərbaycan və­tən­daşı şəhid olub, 638 nəfər yaralanıb və xə­sarət alıb, 841 nə­fər qa­nunsuz olaraq həbs edilib, nəticədə in­san hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən “Ümum­­­dünya İnsan Hü­quq­ları Bəyannaməsi”nin tələbləri ko­bud­casına pozulub.