31 dekabr- dünya azərbaycanlılarının həmrəylik günü
Hər il dekabrın 31-i Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü kimi qeyd edilir. Dünyanın müxtəlif ölkələrində – İranda (Cənubi Azərbaycan), Türkiyədə, Almaniyada, Fransada, Böyük Britaniyada, ABŞ-da, Yaxın Şərq ölkələrində on milyonlarla azərbaycanlı yaşayır. Azərbaycanlıların ən böyük diasporu Rusiyadadır və 1,5-2 milyon nəfəri əhatə edir. Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra diasporun ictimai statusu dəyişmiş, o, Azərbaycan xalqının rifahı naminə özünün geniş əhatəli fəaliyyətini gücləndirmişdir. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Milli Həmrəylik Günü elan edilmişdir.