8 noyabr- zəfər günü

Noyabr ayı müstəqil Azərbaycanın müasir tarixində artıq zəfər, qələbə ayı ki­­­­­­­­mi qalacaqdır. Xalqımızın işğal altında olan torpaqlarımızı düşmən tapda­ğın­dan azad etmək uğrunda 27 sentyabr tarixində başlatdığı İkinci Qarabağ – Vətən mü­ha­ribəsi 10 noyabr tarixində Azərbaycanın qələbəsi, düşmənin ka­pitul­ya­si­ya­sı ilə sona çatdı. 44 günlük hərbi döyüşlər nəticəsində 300-ə yaxın ya­şayış mən­tə­qə­si, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhə­ri, Qubadlı şəhəri, Had­­rud qəsəbəsi, Suqovuşan qəsəbəsi və digər qəsəbələr döyüş meydanında azad edildi. Noyabrın 8-də cənab Prezidentimiz, Ali Baş Ko­mandan İlham Əliyev Şuşanın azad edilməsi müjdəsini xalqımıza verdi. Bun­dan sonra imzalanan üçtə­rəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qa­rabağ münaqişəsinə son qo­yul­­du.
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında Zəfər Gününün tə­sis edilməsi haqqında” 3 dekabr 2020-ci il tarixli sərəncamına əsasən hər il no­­­­yab­rın 8-i Zəfər Günü kimi qeyd olunacaq.