Qüdrətli Rəhimə Azər qızı 16 may 1998-ci il tarixində Sumqayıt şəhərində anadan olmuşdur. 2004-2015-ci illərdə Abil Səfərov adına 114 saylı tam orta məktəbdə təhsil almıışdır. 2015-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi” ixtisasına qəbul olmuş, 2019-cu ildə həmin ali məktəbi bitirmişdir. 2019-2021-ci illərdə Bakı Mühəndislik Universitində “Azərbaycan dili” ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirmişdir. Bu illər ərzində “Hədəf”, “Avas academy”, “AzLine” kurslarında, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində, Buisness İnsight şirkətində fəaliyyət göstərmişdir. 2023-cü ildən hal-hazıradək Dövlət İmtahan Mərkəzində "Azərbaycan dili" fənni üzrə ekspert (marker) müəllim kimi çalışır. 2021-ci ildən bu günədək "İZƏ" Nəşriyyatı ilə əməkdaşlıq edir.