Səma Əhmədova

Satış təmsilçisi (Rəsmi)

Səma Əhmədova 17 avqust 1986-cı ildə Bakı şəhərində anadan olmuşdur.1993–2004-cü illərdə Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə təhsil almış və məktəbi əla qiymətlərlə bitirmişdir. 2014-cü ildən etibarən kitab satışı sahəsində fəaliyyət göstərir. Kitab satışı və müəllimlərlə əməkdaşlıq sahəsində uğurlu təcrübəyə malikdir. Təkcə peşəkar əlaqələr deyil, həm də doğmalıq və etibar üzərində qurulmuş münasibətləri ilə müəllimlərin rəğbətini qazanmış, onların sevimlisinə çevrilmişdir. İşinə sonsuz sevgi və məsuliyyətlə yanaşan Səma yeniliklərə açıq, təşəbbüskar və yaradıcı düşüncəyə sahibdir. Onun iş fəlsəfəsində səmimiyyət, dürüstlük və fayda yaratmaq əsas yer tutur.