Turanə Məmmədova

Redaktor

Turanə Məmmədova  Qiyas qızı 1 iyul 1999-cu il tarixində Şəki rayon Şorsu kəndində anadan olmuşdur. 2005-2016-cı illərdə Şəki rayon Şorsu kəndində təhsil almışdır. 2017-ci ildə Bakı Avrasiya Universitetinin Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisasına qəbul olmuş, 2021-ci ildə həmin ali məktəbin bakalavr təhsil pilləsini bitirmişdir. Ali məktəbi bitirdikdən sonra “Hədəf”, “As academy”, “Universal” kurslarında fəaliyyət göstərmişdir. 2025-ci ildən "İZƏ" Nəşriyyatı ilə əməkdaşlıq edir.