Aliyə Cavadzadə Valid qızı 12 avqust 2001-ci il tarixində Lənkəran rayonu Boladi kəndində anadan olub. 2007-2018-ci illərdə Nahir Axundov adına 1 saylı tam orta məktəbdə təhsil alıb. 2018-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya və jurnalistika fakültəsinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) ixtisasına qəbul olmuş, 2022-ci ildə həmin ali məktəbi bitirmişdir. 2022-2024-cü illərdə Azərbaycan Dillər Universitetində “Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası” ixtisası üzrə magistr pilləsində təhsilini davam etdirmişdir. Bu illər ərzində bir çox layihələrdə könüllü iştirak etmiş, fərdi repetitorluqla məşğul olmuşdur. 2025-ci ildən bu günədək "İZƏ" Nəşriyyatı ilə əməkdaşlıq edir.