Sadırova Leyla

Müəllif və Korrektor

Sadırova Leyla Rövşən qızı 2002-ci il 17 yanvar tarixində Rusiya Federasiyası Dağıstan Respublikasında anadan olmuşdur. 2008-ci ildə Xaçmaz rayon Aslanoba kənd tam orta məktəbinə  başlamış, 2019-cu ildə isə təhsilini başa vurmuşdur.   2019-ci ildə Xəzər Universitetinin Filologiya fakültəsinin “Azərbaycan dili və ədəbiyyatı” ixtisasına qəbul olmuş, 2023-cü ildə bakalavr təhsilini bitirmişdir.

2023-cu ildən bu günə qədər “İZƏ” nəşriyyatında həm korrektor, həm tərcüməçi, həm də müəllif kimi fəaliyyətinə davam edir. Bu müddət ərzində bir çox kitabların müəllifi və korrektoru olmuş, bir çox kitabları tərcümə etmişdir.