1996-cı il 18 iyulda Moskva şəhərində anadan olmuşdur. 1-ci sinfə 2003-cü ildə Moskva şəhərindəki 846 saylı tam orta məktəbdə başlamışdır. 11 illik tam orta təhsilini burada başa vurmuşdur. 2014-ci ildə orta məktəbi bitirərək Rusiyada “Московский городской педогогический университет” adlı universitetinin rus dili müəllimliyi ixtisasına qəbul olmuşdur. 2018-ci ildə bakalavr təhsilini bitirmişdir.
2021-ci ildən bu günə qədər “İZƏ” nəşriyyatında həm korrektor, həm tərcüməçi, həm də müəllif kimi fəaliyyətinə davam edir. Bu müddət ərzində bir çox kitablar tərcümə etmiş, bir çox kitabların müəllifi və bir çox kitabların korrektoru olmuşdur.