Orxan Bəyov

Baş Direktor və müəllif

 

1990-cı ilin noyabrın 7-si Sumqayıt şəhərində anadan olmuşdur.

1-ci sinfə 1996-cı ildə Sumqayıt şəhər 6 saylı tam orta məktəbdə başlamışdır.

Daha sonra Sumqayıt özəl türk liseyində orta məktəb təhsilinə davam etmişdir.

2007-ci ildə orta məktəbi bitirərək İstanbul Universiteti Təhsil fakültəsi, Üstün zəkalılar müəllimliyi ixtisasına daxil olmuşdur. Daha sonra təhsilinə İstanbul Universiteti İqtisadiyyat fakültəsində davam etmişdir. Bu müddət ərzində İstanbul Universitetində, Nəcməddin Erbakan Universitetində və Atatürk Universitetində təşkil olunmuş simpoziumlarda təhsillə bağlı təqdimatlarını həyata keçirmiş və bu təqdimatlar qəbul edilərək nəşr olunan simpoziumlar kitabçasında çap olunmuşdur.

2009-2017-ci illərdə İstanbul şəhərinin müxtəlif kurslarında Riyaziyyat və Məntiq dərsləri üzrə repetitorluq

etmişdir. Repetitorluq etdiyi müddətdə şagirdləri Türkiyənin qabaqcıl universitetlərinə – İstanbul Universitetinə, Ulduz Texniki Universitetinə, Qara dəniz Texniki Universitetinə (ixtisas üzrə 1-ciliklə), Uludağ Universitetinə (ixtisas üzrə 1-ciliklə), Süleyman Dəmirəl Universitetinə yüksək nəticələrlə daxil olmuşdurlar.

2017-2019-cu illərdə Azərbaycanda bir neçə tədris mərkəzində həm idarəçi, həm də riyaziyyat və məntiq müəllimi kimi fəaliyyət göstərmişdir. Bu illər ərzində 2 fərqli nəşriyyatda riyaziyyat və məntiq kitabları nəşr olunmuşdur.

2019-2020-ci illərdə “Bilgi” nəşriyyatının direktoru kimi fəaliyyət göstərmişdir. 1-ci sinifdən 8-ci sinfə qədər şagirdlər üçün “Məntiq” jurnallarının həm layihə rəhbəri, həm də müəllifi olmuşdur.

2020-ci ildən bu günə qədər “İZƏ” nəşriyyatında həm direktor, həm də müəllif kimi fəaliyyətinə davam etməkdədir. Bu illər ərzində 50-dən çox riyaziyyat və məntiq kitablarının müəllifi və həmmüəllifi kimi, 100-dən çox kitabın isə layihə rəhbəri olmuşdur.

Məşhur və ölkə üzrə ən çox satılan kitablar arasında siniflər üzrə olan “Yay Tapşırıqları”, “Riyaziyyat”, “Riyazi təfəkkür və Məntiq” kimi kitabların müəllifi məhz Orxan Bəyovdur.

Orxan Bəyovun “İZƏ” nəşriyyatında müəllifi və ya həmmüəllifi olduğu kitablar:

Məktəbəqədər Riyaziyyat
Məktəbəqədər Məntiq
Məktəbəqədər 3000 misal
Məktəbəqədər Fənlər Toplusu
Diqqət və Zəka 4-5 yaş
İlk Bağça kitabım 4-5 yaş
Məktəbəqədər Riyaziyyat 4-5 yaş

Riyaziyyat 1-ci sinif
Riyaziyyat 2-ci sinif
Riyaziyyat 3-cü sinif
Riyaziyyat 4-cü sinif
Riyaziyyat 5-ci sinif
Liseylərə hazırlıq Riyaziyyat 5-ci sinif
Riyaziyyat 6-cı sinif
Liseylərə hazırlıq Riyaziyyat 6-cı sinif
Riyaziyyat 9-cu sinif
Riyaziyyat 11-ci sinif
Riyaziyyat qaydalar 1-4-cü siniflər

Çalışma Riyaziyyat 1-ci sinif
Çalışma Riyaziyyat 2-ci sinif
Çalışma Riyaziyyat 3-cü sinif
Çalışma Riyaziyyat 4-cü sinif

Olimpiadalara hazırlıq Riyaziyyat-Məntiq 1-ci sinif
Olimpiadalara hazırlıq Riyaziyyat-Məntiq 2-ci sinif
Olimpiadalara hazırlıq Riyaziyyat-Məntiq 3-cü sinif
Olimpiadalara hazırlıq Riyaziyyat-Məntiq 4-cü sinif

30.000 misal 1-ci sinif
30.000 misal 2-ci sinif
30.000 misal 3-cü sinif
30.000 misal 4-cü sinif

Məntiq 1-ci sinif
Məntiq 2-ci sinif
Məntiq 3-cü sinif
Məntiq 4-cü sinif
Məntiq 5-7-ci sinif

Sözlü Məntiq 1-ci sinif
Sözlü Məntiq 2-ci sinif
Sözlü Məntiq 3-cü sinif
Sözlü Məntiq 4-cü sinif

Fənlər toplusu 1-ci sinif
Fənlər toplusu 2-ci sinif
Fənlər toplusu 3-cü sinif
Fənlər toplusu 4-cü sinif

Yay tapşırıqları 1-ci sinif
Yay tapşırıqları 2-ci sinif
Yay tapşırıqları 3-cü sinif
Yay tapşırıqları 4-cü sinif
Yay tapşırıqları 5-ci sinif
Yay tapşırıqları 6-cı sinif

Yay tətili kitabım 1-ci sinif
Yay tətili kitabım 2-ci sinif
Yay tətili kitabım 3-cü sinif
Yay tətili kitabım 4-cü sinif